
Bakı.Trend:
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında
2026-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına (IPCP)
əsasən, Bakıda NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr
Komandanlığının mobil təlim qrupunun ekspertləri tərəfindən “NATO-da logistikanın planlaşdırılması” mövzusunda təlim kursu
keçirilib.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, kurs ərzində “Əməliyyatlar zamanı əməliyyat
planlama prosesində logistikanın təşkili” ssenarisi üzrə
tapşırıqların yerinə yetirilməsi ilə bağlı nəzəri və praktiki
məşğələlər təşkil olunub, həmçinin hərbi qulluqçulara NATO ilə
ümumi tanışlıq və logistika ilə əlaqədar müxtəlif brifinqlər təqdim
edilib.
Kursun sonunda iştirakçılara sertifikatlar verilib.

