Saxlanılan icra başçısının həbs müddəti uzadıldı

Baş səhifə

Bakı.Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra
Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan icra
başçısı Musa Şəkiliyevin barəsində seçilmiş həbs qətimkan
tədbirinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub.

Trend xəbər
verir ki, bu gün Səbail Rayon Məhkəməsində keçirilən prosesdə
istintaq orqanının vəsatəti əsasında verilmiş təqdimata
baxılıb.

Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbiri 5 ay
müddətinə uzadılıb.




Qeyd edək ki, DTX iyunda Qax Rayon İcra Hakimiyyətində əməliyyat
keçirib. Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev
saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli
miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur. Ötən
il iyunun 21-də Səbail Rayon Məhkəməsində onun barəsində 4 ay
müddətinə həbs qətimkan tədbiri seçilib. 14 oktyabrda da həbs
qətimkan tədbiri 4 ay müddətinə uzadılıb.

Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama
əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin
başçısı vəzifəsindən azad edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir