UNEC tələbələri risk idarəetməsi üzrə dünya finalına vəsiqə qazanıblar

Baş səhifə

Bakı. Trend:

UNEC-in (Azərbaycan Dövlət İqtisad Universiteti) tələbələrindən
ibarət “Schrodinger’s Stock” komandası mühüm beynəlxalq uğura imza
atıb.

UNEC tələbələri ABŞ-ın nüfuzlu “Spencer Educational Foundation”
tərəfindən təşkil edilən “”SPENCER–RIMS Risk Management Challenge”
müsabiqəsində dünya üzrə ən güclü 8 komanda sırasına daxil olaraq
final mərhələsinə vəsiqə qazanıblar.

2025-ci ilin sentyabr ayından etibarən start götürən yarışda
UNEC tələbələri real biznes keysi üzərində işləyiblər. Komanda
risklərin sistemli təhlili, müvafiq idarəetmə strategiyalarının
işlənməsi və mürəkkəb nəzarət mexanizmlərinin hazırlanması
mərhələlərini uğurla keçərək, əsaslandırılmış Risk İdarəetmə
Hesabatı hazırlayıb.




UNEC tələbələrinin layihəsi fond tərəfindən yüksək
qiymətləndirilib və onlar dünyanın müxtəlif ölkələrindən qatılan
onlarla güclü rəqibi geridə qoyaraq dünyanın ən yaxşı 8 komandası
sırasında yer alıblar.

UNEC Bloomberg Maliyyə Laboratoriyasının rəhbəri Səidə Xəlilin
mentorluq etdiyi komandada BMDM-in I kurs tələbəsi Nihad İsgəndərov
(komanda rəhbəri), Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) III
kurs tələbələri Polad Atayev, Hüseyn İsayev və Ayaz Qurbanov təmsil
olunurlar.

Müsabiqənin həlledici final mərhələsi 2026-cı ilin may ayında
ABŞ-nin Filadelfiya şəhərində keçiriləcək məşhur RISKWORLD
konfransı çərçivəsində baş tutacaqdır. UNEC tələbələri beynəlxalq
münsiflər heyəti qarşısında öz təqdimatlarını edərək ölkəmizi
təmsil edəcək və qələbə uğrunda mübarizə aparacaqlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir