Finlandiya BMT TŞ-də islahatların aparılmasını və onun genişləndirilməsini dəstəkləyir – XİN (ÖZƏL)

Baş səhifə

Münhen. Trend:

Finlandiya BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını
və onun genişləndirilməsini dəstəkləyir.

Bunu Finlandiya Xarici İşlər Nazirliyinin Avro-Atlantik
departamentinin baş direktoru Sari Rautio Münxen Təhlükəsizlik
Konfransı ərəfəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.

“BMT müasir reallıqları nəzərə alaraq islahat aparmalıdır. O,
daha çevik, nəticəyönümlü və effektiv olmalıdır. Finlandiya BMT
Təhlükəsizlik Şurasının islahatını və onun daimi və qeyri-daimi
üzvlər hesabına genişləndirilməsini dəstəkləyir ki, şura mövcud
qlobal siyasi və iqtisadi reallıqları daha dolğun əks etdirsin.
Əgər biz sülhün əsasını təşkil edən beynəlxalq institutları, o
cümlədən Birləşmiş Millətlər Təşkilatını dəstəkləməsək, uğursuzluğa
düçar olarıq”, – deyə o qeyd edib.

Rautio bildirib ki, Finlandiya BMT-nin fəaliyyətində fəal
iştirak edir və bu işi davam etdirmək niyyətindədir.

“Məhz buna görə biz 2029–2030-cu illər üçün BMT Təhlükəsizlik
Şurasına namizədliyimizi irəli sürmüşük. Rusiyanın Ukraynaya qarşı
apardığı təcavüzkar müharibə qaydalara əsaslanan beynəlxalq nizamın
kobud şəkildə pozulmasıdır və bu pozuntu BMT Təhlükəsizlik
Şurasının daimi üzvü tərəfindən davam etdirilir. Bu, təkcə
Avropanın müharibəsi deyil. Biz 1945-ci ildən mövcud olan
beynəlxalq nizamın sonunun şahidi oluruq. Demokratiya, azadlıq və
hüququn aliliyi gələcək nəsillər üçün dünyamızı müəyyən edən
dəyərlər olaraq qalması üçün Avropa bu müzakirələrin fəal
iştirakçısı olmalıdır”,-deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir