
Bakı.Trend:
Müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi fəaliyyət
planına uyğun olaraq, xarici ölkələrin Azərbaycanda akkreditə
olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi
hissəsinə tanışlıq səfəri təşkil olunub.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bildirilir ki, hərbi attaşelik aparatının nümayəndələrinə hərbi
hissənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verilib və
brifinq təqdim olunub.
Qeyd edək ki, tədbirdə 18 ölkəni təmsil edən 22 nümayəndə
iştirak edib.

