Zelenskinin müşaviri Cenevrədə Ukrayna–Rusiya–ABŞ danışıqlarını təsdiqləyib

Baş səhifə

Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin fevralın 17–18-də Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar raundunun keçiriləcəyini təsdiqləyib.

APA-nın Evropeyskaya pravda nəşrinə istinadən verdiyi məlumata görə, müşavir bu gün jurnalistlərə açıqlamasında bildirib ki, hazırkı vəziyyətə əsasən Ukrayna nümayəndə heyəti səfərə hazırlıq görür.

Litvin danışıqların keçiriləcəyi tarixlə bağlı suala cavabında qeyd edib: “Bu günə olan vəziyyətə görə, Ukrayna nümayəndə heyəti səfərə hazırlıq görür”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir