Elnur Rzayev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Proqram Koordinatoru ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Türk
Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram
Koordinatoru Hayrettin Özçelik və koordinatorun müavini Kürşad
Özdemirlə görüşüb.

Elnur Rzayev iki ölkə arasında səmimi və qarşılıqlı dostluq
münasibətlərinin əhəmiyyətindən danışıb. Xaçmaz rayonunun tarixi
keçmişi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialı barədə
geniş məlumat verib.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram
Koordinatoru Hayrettin Özçelik ölkələrimiz arasında münasibətlərin
gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.




Görüşdə bu il Xaçmaz rayonunda icrası nəzərdə tutulan layihələr
ətrafında fikir mübadiləsi aparılıb, icra mexanizmləri nəzərdən
keçirilib.

Görüşün sonunda tərəflər arasında qarşılıqlı olaraq xatirə
hədiyyələri təqdim edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir