
Bakı. Trend:
İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi
müəyyənləşib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted”i çalışdıran
Maykl Kerrik ötən ayın ən yaxşısı seçilib.
45 yaşlı mütəxəssisin rəhbərlik etdiyi kollektiv yanvarda
Premyer Liqada keçirildiyi hər iki oyunda qələbə qazanıb. “Qırmızı
şeytanlar” “Mançester Siti” və “Arsenal”a qalib gəlib.

