“Arik Air” şirkətinə məxsus təyyarə tək mühərriklə Benində fövqəladə eniş etdi (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Nigeriyanın Laqos şəhərindən Port-Harkort şəhərinə uçan “Arik
Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi havada mühərrikin
sıradan çıxması səbəbindən fövqəladə eniş edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Hadisə uçuşdan qısa müddət sonra baş verib. Göyərtəsində 80
sərnişin olan “Boeing 737” tipli təyyarə güclü partlama səsindən
sonra sol mühərrikini itirib. Ekipaj dərhal fövqəladə prosedurların
icrasına başlayıb.




Təyyarə işlək vəziyyətdə qalan bir mühərriklə uçuşu davam
etdirərək Benində təhlükəsiz eniş edib. İlkin məlumata görə,
sərnişinlər və heyət üzvləri arasında xəsarət alan olmayıb.

“Metro” nəşri hadisə anı ilə bağlı görüntü yayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir