
Bakı. Trend:
ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin “Gerald R. Ford” aviadaşıyıcısı
və onu müşayiət edən donanma Yaxın Şərqə göndəriləcək.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bu barədə aviadaşıyıcının ekipajına bildiriş
daxil olub. Qeyd olunur ki, aviadaşıyıcı İran körfəzində olan “Abraham Linkoln” gəmisinin zərbəçi qrupuna qoşulacaq.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə zərbəçi
qrupla müşayiət olunan ikinci aviadaşıyıcını göndərmək imanını
nəzərdən keçirdiyini bildirmişdi.
Qeyd edək ki, “USS Gerald R. Ford” (CVN-78) ABŞ Hərbi Dəniz
Qüvvələrinə məxsus ən yeni nəsil nüvə enerjili aviadaşıyıcıdır və “Gerald R. Ford” sinfinin ilk gəmisidir. 2017-ci ildə istismara
qəbul edilən bu gəmi elektromaqnit katapult sistemi (EMALS) və
inkişaf etmiş radar kompleksləri ilə təchiz olunub.

