“Milan” Luka Modriçlə bağlı qərar verdi

Baş səhifə

Bakı. Trend:

“Milan” mövsümün sonunda müqaviləsi başa çatan Luka Modriçlə
bağlı qərar verib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, A Seriyası nəhəngi xorvatiyalı
yarımmüdafiəçinu komandada saxlamaq istəyir. Bu barədə “La Gazzetta
dello Sport” nəşri məlumat yayıb.




“Rossoneri” Modriçin sözləşməsinin müddətini 1 il uzatmağı
planlaşdırır. 40 yaşlı futbolçu özü də klubda qalmaqdan
məmnundur.

Qeyd edək ki, Luka Modriç mövsümün əvvəlindən “Milan”da çıxış
edir. Təcrübəli oyunçu komandanın heyətində meydana çıxdığı 25
rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir