5000-dən çox könüllü WUF13-ün təlim proqramına cəlb olunacaq

Baş səhifə

Bakı. Trend:

16 fevraldan 13 marta qədər Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyasına (WUF13) hazırlıq çərçivəsində həyata keçirilən Könüllü
Proqramının müsahibə mərhələsini uğurla keçmiş namizədlər üçün
ümumi təlim təşkil olunacaq.

Trend xəbər
verir ki, bu barədə WUF13-ün rəsmi “X” hesabında paylaşım
edilib.

Bildirilib ki, təlim proqramı üç əsas istiqamət üzərində
qurulub:




  • Ümumi oriyentasiya;
  • Rola əsaslanan təlim;
  • Məkan üzrə hazırlıq.

Qeyd edilib ki, bu təlimlər könüllülərin tədbir müddətində öz
vəzifələrini səmərəli və peşəkar şəkildə yerinə yetirmək üçün tam
hazır olmasını təmin etmək məqsədi daşıyır. Təlimi uğurla başa
vuran 2500 könüllü WUF13-ün müxtəlif əməliyyat sahələrinə
yerləşdiriləcək.

WUF13 Könüllü Proqramına müraciət edən 16 000 namizəddən 10
500-dən çoxu ilkin seçim mərhələsini keçərək müsahibəyə dəvət
olunub. 5000-dən çox namizəd bu mərhələni uğurla başa vurub.

Müraciət edənlər arasında 1500-dən çox xarici vətəndaş olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir