
Bakı. Trend:
“Fənərbaxça” Türkiyə Super Liqasının 22-ci turu çərçivəsində
səfərdə “Trabzonspor”un qonağı olacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi
vacib oyuna ciddi itkilərlə çıxacaq.
Müdafiəçi Arçi Braunla yarımmüdafiəçi Edson Alvares Trabzon
səfərində komanday kömək edə bilməyəcək. Hər iki futbolçu
zədəlidir. Onların adı səfərə aparılan heyətə daxil edilməyib.
Qeyd edək ki, “Trabzonspor” – “Fənərbaxça” qarşılaşması sabah
keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

