Qaydalar əsasında qurulmuş dünya nizamı hesabatlılıq və islahatlara ehtiyac duyur – Kaya Kallas

Baş səhifə

Bakı. Trend:

Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Münxen
Təhlükəsizlik Konfransında qaydalar əsasında qurulmuş dünya
nizamında hesabatlılığın zəifləməsinin qlobal idarəetmə üçün kritik
problem yaratdığını deyib.

Trend xəbər
verir ki, Kaya Kallas beynəlxalq nizamın yaranma səbəbləri haqqında
danışıb.

“Mən bir addım geri çəkilər və düşünərdim, ilk növbədə niyə bu
dünya nizamı yaradıldı? Bu, müharibələrin olmaması üçün edilib.
Birinci Dünya Müharibəsindən sonra Millətlər Liqasını xatırlasaq,
o, işləmədiyi üçün müharibə baş verdi. Sonra isə İkinci Dünya
Müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı yaradıldı ki,
müharibələr olmasın və indi biz buradayıq. Hazırda çoxsaylı
müharibələr baş verir”, – deyə o bildirib.

Kallas xəbərdarlıq edib ki, qaydalara əsaslanan sistemin
dağıdılması daha böyük qeyri-sabitliyə gətirib çıxara bilər. O,
islahatların zəruriliyini vurğulayıb.

“Hər dəfə böyük beynəlxalq böhranlar baş verdikdə, biz görürdük
ki, bu, beynəlxalq hüququn daha da inkişafına təkan verir.
Millətlər Liqası, Birləşmiş Millətlər Təşkilatının olan elementlərə
sahib deyildi. İndi isə biz gələcəyə baxmalıyıq”, – deyə o qeyd
edib.

Kallasın sözlərinə görə, müasir sistemdə əsas çatışmazlıq
elementlərindən biri hesabatlılıqdır.

“Hamı Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini imzalayıb.
Prinsiplər mövcuddur. Bəs əgər biri bu prinsipləri pozarsa nə olur?
Hesabatlılıq açıq-aşkar işləmir”, – deyə o bildirib.

Avropa Komissiyasının vitse-prezidenti beynəlxalq institutların
müasir fəaliyyətini tənqid edib.

“Təhlükəsizlik Şurası özünün ilkin məqsədinə uyğun fəaliyyət
göstərmir. Birləşmiş Millətlər Təşkilatı müasir dünyanı əks
etdirmir”, – deyə o qeyd edib.

Sonda Kallas qlobal idarəetmə strukturlarının müasirləşdirilməsi
üçün səy göstərməyə çağırıb və çoxsaylı ölkələrin qaydalara
əsaslanan dünya nizamını dəstəklədiyini vurğulayıb.

“Biz bu fürsətdən istifadə etməliyik ki, dünyanı həqiqətən
irəlilədək, inkişaf etdirək. Çünki dünyanın bir çox ölkəsi
qaydalara əsaslanan dünya nizamını, eləcə də bir-birimizlə necə
ünsiyyət quracağımızı və qarşılıqlı əlaqə quracağımızı tənzimləyən
qaydaların olmasını istəyir”, – deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir