Prezident: “Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir”

Baş səhifə

“Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur”.

Oxu.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibəsində deyib.

“Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir