Ağcabədidə zəncirvari yol-nəqliyyat hadisəsi oldu, ölən var

Baş səhifə

Ağcabədi. Trend:

Ağcabədidə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, nəticədə
bir nəfər həyatını itirib, iki nəfər isə xəsarət alıb. Hadisə
Yanğınsöndürən bölməsinin qarşısında qeydə alınıb.

Trend-in yerli
müxbirinin məlumatına görə, rayon sakini Rzayev Hacımirzə Mərdan
oğlunun idarə etdiyi avtomobil yüksək sürətlə hərəkətdə olarkən
sürücü nəqliyyat vasitəsinə nəzarəti itirib. Bu zaman avtomobil
Yanğınsöndürən bölməsi əməkdaşlarına məxsus şəxsi minik maşınlarına
çırpılıb.

Qəza nəticəsində Rzayev Hacımirzə Mərdan oğlu və Cəfərov Rəhman
Anar oğlu müxtəlif dərəcəli xəsarətlərlə rayon mərkəzi
xəstəxanasına yerləşdiriliblər.




Hadisə zamanı xəsarət alan Ələkbərov Vahid Nail oğlu isə
həkimlərin səylərinə baxmayaraq xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir