Parisdə jandarmalara bıçaqlı hücum baş verdi

Baş səhifə

Bakı. Trend:

Parisdə Zəfər Tağı yaxınlığında baş verən insident zamanı bir
kişi güllə yarası alıb. O, Naməlum əsgərin məzarı üzərində alovun
yenilənməsi mərasimi zamanı xidmət aparan jandarmalara bıçaqla
hücum edib. Bu barədə Fransanın daxili işlər naziri Laurent Nunez
məlumat verib.

Trend xəbər verir ki, hadisə
yerli vaxtla saat 18:00 radələrində qeydə alınıb. Mərasim üçün
ərazidə növbə çəkən jandarmalara bıçaqla hücuma keçən şəxsə qarşı
dərhal cavab atəşi açılıb. Güllə yarası alan şəxs yolun hərəkət
hissəsinə yıxılıb. Nazir bildirib ki, onun vəziyyəti “çox
ağırdır”.

Hadisədən dərhal sonra prokurorluq faktı icraata götürüb.




Məlumata görə, jandarmlara hücum edən 47 yaşlı şəxs 2012-ci ildə
Belçikada iki polis əməkdaşına bıçaqla hücum etdiyinə görə məhkum
olunmuşdu.

Hadisə ilə bağlı genişmiqyaslı istintaq aparılır. Təhlükəsizlik
qüvvələri ərazidə nəzarəti gücləndirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir