
Bakı. Trend:
Kriştiano Ronaldo “Əl-Nəsr”in oyunlarını boykot etməyi
dayandıracaq.
Trend xəbər verir ki,
portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı çempionatının 22-ci
turunda sabah “Əl-Fateh”lə oyunda iştirak edəcək. Bu barədə
insayder Fabritsio Romano məlumat verib.
Daha əvvəl Ronaldo Səudiyyə çempionatında “Əl-Riyad” və
“Əl-İttihaad”a qarşı oyunları, həmçinin Asiya Çempionlar Liqasında
“Arkadag”la oyunu buraxmışdı.
Xatırladaq ki, Ronaldo Suveren Fondu (PIF) tərəfindən
“Əl-Nəsr”in rəqiblərlə müqayisədə idarə edilməsindən narazıdır və
hesab edir ki, klub çempionluq uğrunda mübarizədə əngəllərlə
üzləşir. Ronaldo həmçinin Kərim Benzemanın “Əl-Hilal”a keçməsinə
qarşı çıxıb, bunu “rəqabətə zərər vurmaq” kimi qiymətləndirib.

