Gürcüstanın xarici ticarət dövriyyəsi azaldı

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 1
milyard 597,5 milyon ABŞ dolları təşkil edib. Bu göstərici əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz azdır.

Trend xəbər verir ki, bu
barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.




Məlumata görə, ixrac 480,4 milyon ABŞ dolları olub ki, bu da
əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur. İdxal isə
34,5 faiz azalaraq 1 milyard 117 milyon ABŞ dolları təşkil
edib.

Yanvar ayında Gürcüstanın xarici ticarətində mənfi ticarət
saldosu 636,6 milyon ABŞ dolları təşkil edib. Bu, xarici ticarət
dövriyyəsinin 39,9 faizi deməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir