ABŞ kəşfiyyat dronu İran yaxınlığında uçuşlar həyata keçirib

Baş səhifə

Bakı. Trend:

ABŞ hərbi dəniz qüvvələrinə aid “P-8A Poseydon” sualtı-qayıq
əleyhinə patrul təyyarəsi və “MQ-4C Triton” radio elektron
kəşfiyyat pilotsuz uçuş aparatı İran sahillərindən cənub şərqdə
saatlarla davam edən uçuş həyata keçirib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə real vaxtda aviasiya
hərəkətinin monitorinqini aparan “Flightradar24” platformasıında
məlumatlar dərc olunub.




Dron ABŞ-nin BƏƏ-dəki Əl-Dəfra aviabazasından buraxılıb. Bir
neçə saat ərzində o Oman körfəzində İran yaxınlığındakı beynəlxalq
sularda hərəkət edib.

Ardınca isə “P-8A Poseydon” təyyarəsi Bəhreynin Şeyx-İsa
aviabzasından qalxıb və Hörmüz boğazı üzərində çoxsaylı uçuşlar
həyata keçirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir