“Güləbird” KSES-də indiyədək istehsal edilmiş elektrik enerjisinin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

“Güləbird” Kiçik Su Elektrik Stansiyasında (KSES) istismara
verildiyi tarixdən indiyədək 87,7 milyon kVt·st elektrik enerjisi
istehsal edilib.

Trend bu
barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 5 il əvvəl – 2021-ci il fevralın 14-də Laçın
rayonunun Güləbird kəndi ərazisində Həkəri çayı üzərindəki
“Güləbird” Kiçik Su Elektrik Stansiyası (KSES) bərpadan sonra
istifadəyə verilib.




Bildirilib ki, ümumi gücü 8 MVt olan stansiyada istismara
verildiyi tarixdən bugünədək 87,7 milyon kVt·st elektrik enerjisi
istehsal edilib.

Qeyd edilib ki, Kiçik su elektrik stansiyalarında ekoloji
cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə
istixana effekti yaradan qazlar atılmır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir