
Bakı. Trend:
Rusiyanın Kazan şəhər aeroportunda sərnişin təyarəsi sürüşərək
uçuş zolağından çıxıb. Kazan-Moskva reysi ilə uçmalı olan
təyyarənin göyərtəsində 158 nəfər olub.
Trend bu barədə
Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, insidentdən sonra bütün sərnişinlər və ekipaj
üzvləri təxyilə olunub. Sərnişinlər bir neçə saatdan sonra rezerv
təyyarə ilə Rusiya paytaxtına yola salınıb.
Yerli prokurorluq hadisə ilə bağlı araşdırmaya başlayıb.
Aviaşirkətdən bildiriblər ki, hadisə uçuş-eniş zolağındakı asfaltın
sürüşkən olması səbəbindən baş verib.
Hazırda Tatarıstan bölgəsində intensiv yağıntılar səbəbindən
əlverişsiz hava şəraiti müşahidə olunur.

