
Bakı.Trend:
Naxçıvanda bir ailənin altı üzvü dəm qazından zəhərlənib.
Trend-in
məlumatına görə, hadisə Naxçıvan şəhərinin Xətai küçəsində qeydə
alınıb.
Belə ki, dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis
kənd sakini, 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmməd oğlu
dünyasını dəyişib. N. Məmmədovun dörd nəvəsi isə Naxçıvan Muxtar
Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb
olunub, fakt araşdırılır.

