Sərhədsiz dünya ideyası cəfəngiyyatdır – Marko Rubio

Baş səhifə

Bakı. Trend:

Sərhədsiz dünya ideyası və milli maraqların qlobal nizamla əvəz
olunması düşüncəsi axmaq fikir idi və Qərb bunun üçün yüksək bədəl
ödəməli oldu.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu fikri ABŞ-ın dövlət katibi Marko Rubio
Münhen Təhlükəsizlik Konfransında səsləndirib.

“Qaydalara əsaslanan bu nizamın milli maraqları əvəz edəcəyi,
sərhədsiz bir dünyada yaşayacağımız və hər kəsin dünya vətəndaşı
olacağı fikri axmaq ideya idi”, – deyə o bildirib.




Onun sözlərinə görə, Qərbdə iqtisadi və ticarət əlaqələrinin
dövlətin vəzifələrini əvəz edəcəyinə ümid edirdilər.

“Biz bunun üçün yüksək bədəl ödədik. Biz azad və tənzimlənməyən
ticarətin doqmatik ideologiyasını qəbul etdik”, – deyə Rubio
vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir