Sülh və sabitliyə çalışan region ölkələrinin addımları alqışalayiqdir – Pezeşkian

Baş səhifə

Bakı. Trend:

Region ölkələrinin regionun sülh və təhlükəsizliyi, ölkələrin
suverenliyi ilə əlaqədar çalışan ölkələrin addımları
alqışalayiqdir.

Trend-in
məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (14
fevral) Tehranda İranın Avtomobilyolu və Dəmiryolu Dəhlizlərinin
Maliyyə Təminatı və İnvestisiya İmkanları Beynəlxalq Konfransında
deyib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə, İraq, Misir, Oman,
Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Pakistan prezidentləri sülh
və sabitliklə problemlərin həll edilməsinə çalışırlar.




İran prezidenti qeyd edib ki, heç bir ölkə müharibənin baş
verməsini istəmir və müharibənin xeyirli olduğunu düşünmür.

“İranın qonşu ölkələrlə çox yaxın bağları var. Azərbaycanla
yaxın bağları var. Türkiyə, Əfqanıstan, Pakistan, Türkmənistan və
digər ölkələrin xalqları bir neçə min ildir bir-birləri ilə
anlaşaraq yaşayıblar”, – deyə o qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir