
Bakı.Trend:
2025-ci il ərzində Mühəndis-istehkam bölmələri və digər dövlət
qurumları ilə birgə 79 km-dək yeni yol inşa edilib, 67 km-dək yol
qardan təmizlənib, 571 km-dən artıq yol isə bərpa edilib.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyində 2025-ci ilin yekunlarına
dair kollegiya iclası zamanı məlumat verilib.
Müşavirədə şəxsi heyətin sağlamlığının qorunması və
möhkəmləndirilməsi, praktiki məşğələlərin səmərəliliyinin
artırılması və nizam-intizamın daha da gücləndirilməsi məsələlərinə
xüsusi önəm verildiyi qeyd olunub.
Bildirilib ki, Azərbaycan Ordusunda qoşunların müəyyən edilmiş
normalara uyğun olaraq vaxtında bütün növ maddi-texniki vəsaitlərlə
təmin edilməsi, şəxsi heyətin keyfiyyətli qidalanmasının təşkili,
silahların, zirehli və avtomobil texnikasının daim döyüş tətbiqinə
hazır vəziyyətdə saxlanılması təmin olunub. Hərbi hissələrin raket,
döyüş sursatları və digər hərbi avadanlıqlarla fasiləsiz təchiz
edildiyi vurğulanıb.

