
Bakı.Trend:
Müdafiə naziri qış aylarında orduda təminata ciddi nəzarət
edilməsini tapşırıb.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyində 2025-ci ilin yekunlarına
dair kollegiya iclası zamanı məlumat verilib.
Bildirilir ki, müdafiə naziri qış aylarında Azərbaycan Ordusunun
bölmələrinin təminat məsələlərinə ciddi nəzarətin həyata
keçirilməsini, hərbi hissələrdə yaradılan bütün növ ehtiyatların
daima nəzarətdə saxlanılmasını, şəxsi heyətin xidməti və
sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasını, eləcə də
psixoloji və tibbi təminat məsələlərinin diqqət mərkəzində olmasını
aidiyyəti vəzifəli şəxslərə tapşırıb.

