Fon der Lyayen Avropanı xarici təzavüz hallarında bir-birini qorumağa çağırıb

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı Aİ haqqında Müqavilənin qarşılıqlı müdafiə
haqqında 42.7-ci maddəsini işlək vəziyyətə gətirməlidir, bu maddə
birlik ölkələrini (xarici) təcavüz hallarında bir-birini müdafiə
etmək öhdəliyini nəzərdə tutur.

Trend xəbər verir
ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen
fevralın 14-də Münxen Təhlükəsizlik Konfransındakı çıxışında
bildirib.




“Qarşılıqlı müdafiə Avropa İttifaqı üçün könüllü bir vəzifə
deyil. Bu, öz müqaviləmiz çərçivəsində təcavüz hallarında
bir-birimizi dəstəkləmək barədə kollektiv öhdəlikdir. Sadə dillə
desək, biri hamı üçün, hamı biri üçün. Avropanın mahiyyəti budur”,
– deyə fon der Lyayen qeyd edib.

Bundan əvvəl yanvar ayında Avropa Parlamentinin deputatı Teys
Roytend oxşar bəyanatla çıxış edərək, Aİ haqda müqavilənin 42.7
maddəsinin həqiqi işlək vəziyyətə gətirilməsinin vacibliyini
vurğulamışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir