Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu (FOTO)

Baş səhifə

Bakı. Trend:

Fevralın 14-də Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi hissəsində
Azərbaycan HHQ-nin yaranmasının 34-cü ildönümünə həsr olunan tədbir
keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hərbi hissənin şəxsi
heyətinin, Həzi Aslanov adına Ordu – İdeoloji və Mədəniyyət
Mərkəzinin yaradıcı kollektivinin iştirak etdiyi tədbirdə
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən
uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə hərbi hissənin qazandığı uğurlardan danışılıb. Qeyd
olunub ki, bir çox uğurlu əməliyyatlarda iştirak edən hərbi hissə
hər zaman qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən
layiqincə və bacarıqla gəlib.

Sonra tədbirin bədii hissəsində təqdim olunan maraqlı konsert
proqramı hərbi qulluqçularda xoş ovqat və yüksək bayram
əhval-ruhiyyəsi yaradıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir