
Bakı. Trend:
Türkiyə Superliqasında XXII turun daha 3 oyunu keçirilib.
Trend-in
məlumatına görə, turun mərkəzi matçında “Fənərbağça” səfərdə “Trabzonspor”la qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi
ilə başa çatıb. İstanbul klubunun qollarını Anderson Talişka, Kərəm
Aktürkoğlu və Marko Asensio vurublar. Qara dəniz təmsilçisində isə
Ernest Muçi və Pol Onuaçu fərqləniblər.
Bu nəticədən sonra xallarını 52-yə çatdıran “Fənərbağça” 2-ci
pillədə qərarlaşıb. “Trabzonspor” isə 45 xalla 3-cüdür.
Günün digər oyunlarında “Gənclərbirliyi” “Rizəspor”la 2:2
hesablı heç-heçə edib, “Alanyaspor” isə “Konyaspor”a qalib gəlib –
2:1.

