Bakıda yük avtomobilinin vurğu piyada hadisə yerində ölüb

Baş səhifə

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, “Isuzu” markalı yük avtomobili piyada keçidindən keçməyə çalışan şəxsi vurub. Piyada hadisə yerində ölüb.

Qeyd edək ki, yük avtomobili “Bravo” marketlər şəbəkəsinə məxsusdur. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir