Starmer və fon der Lyayen NATO-da Avropanın rolunun artırılmasını müzakirə etdilər

Baş səhifə

Bakı. Trend:

Avropa ABŞ ilə yaxşı münasibətləri qoruyub saxlayaraq NATO
fəaliyyətlərində daha fəal iştirak etməlidir.

Trend-in
məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Kir
Starmer ilə Avropa Komissiyasının prezidenti Ursula fon der
Lyayenin söhbətindən sonra verilən açıqlamada bildirilib.

“Onlar Avropanın səylərini artırmalı və güclü transatlantik
əlaqələrini qoruyub saxlayaraq NATO-nu daha avropalı etmək üçün
çalışmalı olduğu barədə razılığa gəldilər”, – deyə Britaniya
hökumətindən saytında bildirilib.




Hər iki lider potensial təhdidlər qarşısında kollektiv müdafiəni
gücləndirmək üçün səyləri artırmaq barədə razılığa gəldilər.

K.Starmer həmçinin krallıq və Aİ arasında, xüsusən də iqtisadi,
müdafiə və texnoloji sahələrdə daha dərin inteqrasiya arzusunu
ifadə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir