
Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio Ukraynadakı nizamlanmanı “G7”
həmkarları ilə müzakirə etdiyini bildirib.
Trend-in
məlumatına görə, bu barədə dövlət katibi “X” sosial şəbəkəsində
yazıb.
“Rusiya ilə Ukrayna arasındakı münaqişəyə son qoymaq,
Venesuelada sabitliyə nail olmaq və bütün dünyada sülh və rifaha
nail olmaq üçün qlobal təhdidlərlə mübarizə aparmaq yollarını
müzakirə etdik”, – deyə o bildirib.

