Həcc ziyarəti üçün qəbul vaxtı uzadıldı – QMİ

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyindən gələn
təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan
vətəndaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq bu ilki
Həcc mövsümü üçün sənəd qəbulunun müddəti tərəfimizdən mart ayının
7-dək uzadılıb.

Bu barədə Trend-in
sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici
Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal
Cahangiri məlumat verib.




“Vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmasınlar, göstərilən
tarixdən sonra bir daha müddət uzadılmayacaq”, o, bildirib.

Qeyd edək ki, sənəd qəbulu üçün son tarix 2026-cı ilin fevralın
15-i müəyyən edilmişdi. Həcc ziyarətinin qiyməti isə bu il üçün 6
100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir