Ukrayna ordusundan Rusiyada neft anbarına ZƏRBƏ

Baş səhifə

Ukrayna Ordusu Rusiyanın Krasnodar diyarında neft anbarı və terminalına zərbə endirib.

Modern.az xəbər verir ki, bununla bağlı Krasnodar qubernatoru Veniamin Kondratyev paylaşım edib.

Volna qəsəbəsində pilotsuz uçuş aparatı (PUA) ilə endirilən zərbə nəticəsində neft anbar və terminalda yanğın başlayıb, iki nəfər xəsarət alıb.

Kuban operativ qərargahının yaydığı məlumatda yanğının 2,2 min kvadratmetr sahəni əhatə etdiyi bildirilib.

Yanğının söndürülməsinə 165 nəfər şəxsi heyət və 45 texnika cəlb olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir