“Falcon 9” 24 “Starlink” mini-peykini orbitə çıxardı

Baş səhifə

Bakı. Trend:

SpaceX şirkətinin “Falcon 9” daşıyıcı raketi Starlink sisteminin
qlobal internet şəbəkəsinin orbit qrupunu yeniləmək üçün 24
mini-peyki orbitə çıxarıb.

Trend xəbər verir
ki, bu, ilin əvvəlindən “Starlink” aparatlarının 13-cü
buraxılışıdır.

Raket Kaliforniyadakı Vandenberq ABŞ Kosmik Qüvvələr bazasında
yerləşən SLC-4E buraxılış meydançasından göndərilib.




Daşıyıcı raketin ilk pilləsi Sakit okeanda Of Course I Still
Love You dəniz platformasına idarəolunan şaquli eniş edib.

Qeyd olunur ki, 2019-cu ilin may ayından etibarən SpaceX “Starlink” layihəsi çərçivəsində 11.1 mindən çox peyk buraxıb.
Onların bir hissəsi fəaliyyətini dayandırıb və ya orbitdən çıxıb,
9.6 mindən çox aparat isə orbitdə işlək vəziyyətdədir.

Hal-hazırda “Starlink” şəbəkəsi dünyanın 160 ölkə və ərazisini
əhatə edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir