Məsuliyyət valideynlərin üzərinə düşür – Deputat

Baş səhifə

Quba şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi ov tüfəngi ilə özünü güllələyərək həyatına son qoyub.Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Məsələ ilə bağlı 55 saylı Siyəzən–Quba–Xızı seçki dairəsinin deputatı Müşfiq Məmmədli Modern.az-a bildirib ki, bu məsələdə bütün məsuliyyət valideynlərin üzərinə düşür:

“Burada bir neçə faktor var. Təbii ki, ov tüfəngindən istifadə hüquqi normalara uyğun şəkildə tənzimlənir. Əgər qanunvericiliyə uyğun olaraq bütün prosedurlar həyata keçirilmiş və odlu silah qanuni yolla əldə edilmişdirsə, bu baxımdan valideynlər hüquqi çərçivədə hərəkət etmiş hesab olunurlar. Lakin evdə azyaşlı və yetkinlik yaşına çatmayan uşaqların olması valideynlərin məsuliyyətini daha da artırır”.

Deputat qeyd edib ki, bütün hüquqi prosedurlara əməl olunmasına baxmayaraq, valideynin üzərinə düşən ayrıca valideyn məsuliyyəti var:

“Məktəb yaşında olan uşaqlara gəldikdə isə, yetkinlik yaşına çatmayan şəxslərin odlu silaha əlçatanlığının məhdudlaşdırılması məsələsində qanunvericilikdə hər hansı boşluq yoxdur. Azərbaycan qanunvericiliyinə əsasən, 18 yaşına qədər olan şəxslər uşaq hesab edilir və onların odlu silahdan istifadəsi, daşınması və ya hər hansı formada əlçatanlığı qəti şəkildə qadağandır”.

“Bu qadağalarla bağlı valideynlər, yaxınlar, böyüklər və ətrafdakı şəxslər öz övladlarına, yaxınlarına və məktəbli yaşda olan şəxslərə məsələni dolğun və düzgün şəkildə izah etməlidirlər”, – o sonda qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir