Suriya ordusu ABŞ bazasına yerləşdi

Baş səhifə

Suriya ordusu ABŞ hərbi birləşmələrinin çıxmasından sonra Haseke əyalətindəki Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşən Əş-Şəddadi hərbi bazası üzərində nəzarəti ələ alıb.

Modern.az xəbər verir ki, bu barədə Suriya keçid hökumətinin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, əməliyyat ABŞ tərəfi ilə razılaşdırıldıqdan sonra həyata keçirilib.

Xatırladaq ki, fevralın 12-də Suriya ordusu ABŞ-nin öz qüvvələrini çıxardığı Ət-Tanf hərbi bazasının ərazisini nəzarətə götürmüşdü.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir