
Belqrad. Trend:
Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva fevralın 15-də Belqraddakı Taşmaydan parkında Ümummilli
Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin
abidələrini ziyarət ediblər.
Trend-in xüsusi
müxbirinin məlumatına görə, dövlətimizin başçısı abidələrin önünə
əklil qoydu.

