Prezident İlham Əliyev: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir

Baş səhifə

Belqrad. Trend:

Sizin (Prezident Vuçiç – red.) rəhbərliyiniz altında Serbiya
uğurla inkişaf edir, həm beynəlxalq müstəvidə böyük hörmət
qazanmışdır, eyni zamanda, iqtisadi və sosial sahədə böyük
islahatlar aparılmışdır.

Trend xəbər verir
ki, bu fikirləri Prezident İlham Əliyev Serbiya Prezidenti
Aleksandar Vuçiçlə mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı deyib ki, bunun nəticəsində bu gün Serbiya
təbii sərvətləri olmayan bir ölkə olmasına baxmayaraq, iqtisadi
cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən
heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında
yerləşən üçün bu xüsusi amil kimi qiymətləndirilməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir