“Araz-Naxçıvan” “Sumqayıt”ı minimal hesabla məğlub etdi – Misli Premyer Liqası

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

Trend-in
məlumatına görə, günün ikinci matçında Sumqayıt Araz-Naxçıvanla
üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.
Oyunda yeganə qolu 45+5-ci dəqiqədə Ramon Maçado vurub. “Gənclik
şəhəri” klubunun heyətində Aleksandr Ramalinqom 74-cü dəqiqədə
qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra “Sumqayıt” 30 xalla turnir cədvəlində altıncı
pillədə qərarlaşıb. Eyni xala malik “Araz-Naxçıvan” isə yeddinci
yerdədir.

Günün ilk matçında Neftçi Kəpəzi 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura fevralın 16-da yekun vurulacaq. Ötən gün
Qarabağ İmişlini, Zirə isə Karvan-Yevlaxı 1:0 hesabı ilə məğlub
edib.




xxx

09:31

Bu gün futbol üzrə Misli Premyer Liqasında XX turun növbəti iki
qarşılaşması baş tutacaq.

Trend xəbər verir
ki, ikinci oyun gününün ilk matçında Kəpəz doğma meydanda Neftçini
qəbul edəcək. Hazırda Gəncə təmsilçisi turnir cədvəlində 11-ci
pillədə qərarlaşıbsa, “ağ-qaralar” 7-ci yerdədir.

Günün ikinci qarşılaşmasında isə Araz-Naxçıvan Sumqayıtla üz-üzə
gələcək. Turnir cədvəlinə nəzər salsaq, Naxçıvan klubu 6-cı,
Sumqayıt təmsilçisi isə 5-ci pillədə yer alır.

Oyunların başlama vaxtı belədir:
14:30 – Kəpəz – Neftçi
17:00 – Araz-Naxçıvan – Sumqayıt

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir