ABŞ Hind okeanında daha bir tankeri ələ keçirib

Baş səhifə

ABŞ Hind okeanında Karib hövzəsindən hərəkət edən daha bir tankeri ələ keçirib.
APA xəbər verir ki, bu barədə Pentaqonun X-da paylaşımnda bildirilib.
Qeyd olunub ki, ABŞ hərbçiləri Hind-Sakit okean Komandanlığının məsuliyyət zonasında “Veronica III” gəmisinə baxış keçirilməsi, onun ələ keçirilməsi və bortuna eniş əməliyyatını insidentsiz həyata keçiriblər. ABŞ Silahlı Qüvvələri tankeri Karib hövzəsindən Hind okeanına doğru hərəkəti zamanı izləyib.
Saxlanılan gəmi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Bundan əvvəl fevralın 9-da Pentaqon Hind okeanında “Aquila II” tankerinin də ələ keçirildiyini açıqlamışdı. Qeyd edilmişdi ki, həmin tanker Karib hövzəsində sanksiyaya məruz qalmış gəmilərə qarşı tətbiq edilən “karantin rejimini” pozaraq fəaliyyət göstərib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir