
Bakı. Trend:
Serbiya hərbi orkestri Prezident İlham Əliyevin Serbiyaya rəsmi
səfəri zamanı Aleksandr Vuçiçin təşkil etdiyi şam yeməyində
Azərbaycan mahnısı olan “Ay Laçın”ı ifa edib.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabındakı paylaşımında
qeyd olunub.
Diplomat bunun Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks
etdirən hörmət və dostluğun mənalı bir jesti olduğunu bildirib.

