ABŞ NATO-dan çıxmağı planlaşdırmır – Rubio

Baş səhifə

Bakı. Trend:

ABŞ NATO-dan çıxmağı planlaşdırmır və minlərlə amerikalı hərbçi
alyans çərçivəsində müxtəlif missiyalarda iştirak edir.

Trend xəbər verir ki, ABŞ
dövlət katibi və Prezidentin milli təhlükəsizlik üzrə müşaviri
Marko Rubio bu fikirləri Bratislavada Robert Fico ilə keçirdiyi
görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında
səsləndirib.




O vurğulayıb ki, Vaşinqton alyansdan geri çəkilmir: “Biz NATO-nu
tərk etmirik. Müxtəlif ölkələrə bir neçə min hərbçi göndərilə bilər
və bu, əvvəllər də baş verib”. Rubio bu sözləri Avropada
yerləşdirilmiş ABŞ Silahlı Qüvvələrinin sayının azaldılması ilə
bağlı yayılan məlumatlar fonunda Birləşmiş Ştatların NATO-dakı
mövqeyi barədə suala cavab verərkən deyib.

Dövlət katibi əlavə edib ki, ABŞ Avropa ölkələrinin alyans
daxilində rolunun güclənməsini müsbət hal kimi qiymətləndirir və
Avropanı asılı tərəf kimi deyil, bərabərhüquqlu tərəfdaş qismində
görmək niyyətindədir. “Biz Avropanın ABŞ-nin vassalı olmasını
istəmirik. Məqsədimiz tərəfdaşlıq etmək və Avropa ilə birgə
fəaliyyət göstərməkdir”, – deyə Rubio bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir