
Bakı. Trend:
Almaniya hakimiyyəti sərhəd nəzarətini 15 sentyabra qədər
uzatmağı planlaşdırır.
Trend xəbər verir ki, bu
barədə “Bild” qəzeti məlumat yayıb. Bildirilib ki, müvafiq bildiriş
tezliklə Avropa Komissiyasına göndəriləcək. Sərhəd nəzarəti
Almaniyada miqrasiya siyasətinin yenidən qurulmasının bir
hissəsidir.
Qanuni yaşayış sənədi olmayan və sığınacaq tələbi irəli sürən
üçüncü ölkə vətəndaşlarının Almaniyaya girişinə icazə verilməsinə
dair 2015-ci ildə federal polisə verilmiş şifahi göstəriş ötən ilin
mayın 7-də də ləğv edilib.

