“Yuventus” klubunun müdafiəçisi karyerasını İngiltərədə davam etdirə bilər

Baş səhifə

Bakı. Trend:

İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Pyer Kalulu
karyerasını İngiltərədə davam etdirə bilər.

Trend “Tribal
Football”a istinadla xəbər verir ki, “Mançester Yunayted” futbolçu
ilə maraqlanır. Lakin Turin təmsilçisi keçidə mane olmaq
niyyətindədir və oyunçuya maaş artımı ilə yeni müqavilə təklif
etməyə hazırlaşır.




Müdafiəçinin “Yuventus”la hazırkı sözləşməsi 2029-cu ilin yayına
qədər qüvvədədir. O, bu mövsüm A Seriyasında 25 matça çıxıb, iki
qol vurub və üç məhsuldar ötürmə edib.

Son olaraq “İnter”lə qarşılaşmada futbolçu meydandan qovulub və
komandasını azlıqda qoyub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir