Səudiyyə Ərəbistanında muzeydə dünyanın ən böyük Qurani-Kərim kitabı nümayiş olunur

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Krallığının Hira mədəniyyət rayonundakı
Qurani-Kərim Muzeyində dünyanın ən böyük Qurani-Kərim kitabı
nümayiş olunur. Kitabın ölçüləri 312:220 sm-dir. 700 səhifədən
ibarət olan müqəddəs böyüklüyünə görə Ginnesin Rekordlar Kitabına
daxil edilib.




Trend
“Əl-Ərəbiyyə” saytına istinadla xəbər verir ki, nümayiş olunan
kitab 16-cı əsrə aid tarixi nüsxənin böyüdülmüş formasıdır.
Əl-Fatihə surəsi nəsx xətti ilə qalan surələr isə süls xətti ilə
yazılıb. Muzeydə sərgilənən Qurani-Kərim islam kitab sənətinin və
ərəb xəttatlığının unikal nümunəsidir. Onun qədim orijinal nüsxəsi
Kral Əbdüləziz Vəqf Kitabxanaları Mərkəzində qorunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir