Rumıniya prezidenti Vaşinqtonda Sülh Şurasının iclasına qatılacaq

Baş səhifə

Bakı. Trend:

Rumıniya prezidenti Nikuşor Dan fevralın 19-da Vaşinqtonda
keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak edəcək.

Trend xəbər verir ki, dövlət
başçısı bu barədə feysbuk səhifəsində paylaşım edib.




O bildirib ki, tədbirə ABŞ Prezidenti Donald Tramp-ın dəvəti ilə
qatılacaq və Rumıniya iclasda müşahidəçi statusunda təmsil
olunacaq.

Dan vurğulayıb ki, görüş zamanı beynəlxalq sülh təşəbbüslərinə
güclü dəstəyi və Qəzza zolağında bərpa prosesində iştirak etməyə
hazır olduqlarını bir daha bəyan edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir