Şimali Kuril adaları sahillərində güclü zəlzələ olub

Baş səhifə

Bazar ertəsi gecəsi Sakit okeanda, Şimali Kuril adaları sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyası məlumat yayıb.

“16 fevral gecəsi episentri Matua adasının 130 kilometr şərqində olan 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Episentr 51 kilometr dərinlikdə yerləşib”, – məlumatda deyilir.

Məlumata görə, hiss olunma ilə bağlı heç bir məlumat daxil olmayıb və sunami xəbərdarlığı verilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir