BDYPİ piyadalara müraciət etdi

Baş səhifə

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət
edib.

Trend xəbər
verir ki, müraciətdə deyilir:

“Hörmətli piyadalar!

Yol hərəkətinin ən müdafiəsiz iştirakçısı kimi sizlərə müraciət
edərək bildiririk ki, ictimai nəqliyyatı minik meydançalarında,
avtobus dayanacaqlarında, onlar olmadıqda isə, səkidə və ya yol
çiyinlərində gözləyin.




Yolun hərəkət hissəsinə çıxmaq, nəqliyyat vasitələrinin hərəkət
etdiyi zolaqlarda dayanmaq sizin həyat və sağlamlığınız üçün ciddi
təhlükə, sürücülər üçün isə gözlənilməz maneə deməkdir.

Unutmayın ki, bir anlıq diqqətsizlik ağır və arzuolunmaz
nəticələrə gətirib çıxara bilər. Hər bir piyadanın qaydalara riayət
etməsi ümumi yol hərəkəti təhlükəsizliyinin vacib şərtidir.

Dəyərli piyadalar!

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sizləri şəxsi
təhlükəsizliyinizi qorumağa və yol hərəkəti qaydalarına ciddi əməl
etməyə çağırır.”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir